Reklam verin!
 Jale ve Ulvi'nin blogu : Xeberdariq biz her sheyden, xebersizik ozumuzden!

Navigation


RSS: Yazılar



Həsrət acısı

Yanvar 8, 2009 17:38, Bölməsiz, xefiyye, Şərhlər(0)

Həsrət acısı.
Haradasan ey könlümün Sultanı?! Sən yoxsan deyə bu dünya mənə mənasız gəlir. Üzünü görməməyin həsrətindən qürurluluq, məğrurluq timsalı olanlar, hamının “əsla əyilməz” dedikləri belə əyildi, beli büküldü. Ağaclar belə. Sərv ağacını da çox qınayıram ki, o elə əvvəlki qürurluluğu ilə dimdik dayanıb. Yox,.. yox ola bilməz...

 Davamı...
Baxış sayı: 2
Açar sözlər: həsrət könüllər sultanı sevgili 
Bookmark and Share


ilk qonağımız Fərid Mehdiyevdir

Dekabr 6, 2008 18:30, TANITMAQ İSTƏDİKLƏRİMİZ, xefiyye, Şərhlər(1)

Beləliklə başladıq. “Tanıtmaq İstədiklərimiz” bölməsinin ilk qonağı çalışdığımız Kəpəz Müstəqil Tele-Radio Şirkətinin Xəbərlər Xidmətinin redaktor müavini Fərid Mehdiyevdir. 

ferid_foto1


Fərid baş redaktorun müavinidir. 24 yaşı var. Bundan əvvəl müxtəlif mətbu orqanlarda işləyib. Hal-hazırda isə Kəpəz TV-də çalışır. Bundan əlavə Fəridin öz proqramı da var. “Bu Həftə” analitik informasiya proqramı. Onun proqramının ərsəyə gəlməsində ona ən çox yardım edən Jalədir. Amma bununla belə onların hərdən sözləri çəp gəlir. Hə... yada düşmüşkən ofisimizdə Fəridə “işçilərə dedovşina tədbiq edən redaktor müavini” adı vermişik. Çünki o hərdən dedovşina etməyə meyilli olur. Hərdən çox çətin adam olsa da yaxşı yönləri də az deyil. 

Gəlin sizə Fərid Mehdiyevin gündəlik əməllərindən və arzularından danışım. Başlayım arzularından. O bunu açıq söyləməsə də yüksək vəzifəli dövlət məmuru olmaq istəyi onu yaxından tanıyanlara yaxşı məlumdur. Hərdən zarafatca onu işdə “məmur” da adlandırırıq. Eməllərinə gəlincə o ən gec saat 10-da işdə olur, növbəsi bitəndə evə tez getmir. (çoxlarımız evə “qaçmaq” üçün hərdən dəqiqələri da saymışıq). Kimsə görsə ki, Fərid növbəsini bitib evə tez gedir, bu çox təəcüblə qarşılanır. O deyir ki, -

ferid_foto2


“Mən ömrümün qalan hissəsini Kəpəz TV-yə həsr edirəm”.

Növbəti yazımızda Fəridlə olan müsahibəni təqdim edəcəyik.


“Tanıtmaq İstədiklərimiz”-də tanıdacaqlarımızı gözləyin...

 

 
Baxış sayı: 46
Açar sözlər:
Bookmark and Share


Bizdən xəbərsiz

Noyabr 30, 2008 19:56, Bölməsiz, xefiyye, Şərhlər(0)

Bizdən xəbərsiz...

İnsan dünyaya nə üçün gəldiyini özünə sual verəndə əksər vaxt bu sual cavabsız qalır. Əslində bu sualın cavabı o qədər də çətin deyil. Uca Yaradan insanı bu sınaq meydanına-dünyaya göndərməklə onun öz yaradanına necə sadiq olduğunu yoxlamaq istəyir. Ancaq...
 Davamı...
Baxış sayı: 36
Açar sözlər: xəbərsiz zikr 
Bookmark and Share


dostluq

Oktyabr 19, 2008 18:44, Bölməsiz, xefiyye, Şərhlər(0)

Insan da bir ağacdır.

Yağış görməyən, günəş görməyən bir ağac düşünün.
Sizcə o ağac sağlam böyüyə və ya bar gətirə bilərmi? Ətrafa kölgə salmayan, meyvələri ilə ağızları dada gətirməyən bir ağacın nə qiyməti ola bilər? Kim saralmış, solmuş, qurumuş bir ağacı öz bağında görmək istəyər? Bir mütəfəkkirlərin dediyi kimi “bar verməyən ağac odundur”, odunun yeri isə od...
Bunun kimi kim olduğunu, haradan gəlib hara getdiyini bilməyən bir insan düşünün. Elə bir insan ki, nə danışmağı bilir, nə susmağı. Nə ədəbdən xəbəri var, nə əxlaqdan. Elə bir insan ki, nəfsinin əsiridir. Elə bir insan ki, insanlıqdan xəbərsizdir. 
Sizcə bu insan başqalarına fayda gətirə bilərmi?
Ya da özünə və başqalarına faydası olmayan bir insanın nə qiyməti ola bilər?
Kim başqalarına ziyandan başqa bir şey gətirməyən, başı bəlalardan xilas olmayan bir insanla dost olmaq istəyər?..
Indi də bir ağac düşünün ki, yağış, günəş ən dərin köklərinə qədər işləsin. Hər tərəfi yaşıllıqlara bürüsün. Meyvələri ilə gözlərə işıq, ağızlara dad gətirsin. Günəşin yandırıb yaxdığı günlərdə budaqlarını qanad kimi gərsin. Yarpaqlarını çətir kimi aşsın. Insanlara sərinlik bəxş etsin...
 Və bunun kimi bir insan düşünün ki, insanların qəlbində taxt qursun. Ədəbi ilə, əxlaqı ilə ibrətə çevrilsin. Harada danışmaq, harada susmaq lazım gəldiyini bilsin. Hamı ona qibtə ilə baxsın. Oxusun düşünsün. Çıraq kimi ətrafa işıq saçsın. Yaralı ürəklərə abi-həyat, yaralı vicdanlara məlhəm olsun. Yaşamaq arzusu ilə yox yaşatmaq arzusu ilə yansın. Keçdiyi yollarda iz salsın. Sizcə belə bir insanla kim dost olmaq istəməz?..
İnsan da, ağac da bir-birilərinə çox bənzəyirlər. Ağac üçün yağış və günəş nədirsə, insan üçün oxumaq və düşünmək odur. Bunlarsız heç biri bar gətirməz, qurumağa başlayar. Ağacın həmişə yağışa və günəşə ehtiyacı olduğu kimi, insanın da həmişə kitablara və düşünən insanlara ehtiyacı var. Odur ki, “Beşikdən məzara qədər elm öyrənir” buyurulmuş, bir saatlıq təfəkkür isə minlərlə saatlıq nafilə ibadətdən üstün tutulmuşdur. Insanın da, ağacın da bar gətirəni, meyvə verəni gözəldir və heç kim meyvə verməyən, quru ağaca bənzəmək istəməz...

 
Baxış sayı: 23
Açar sözlər: dost 
Bookmark and Share


ƏMİNSƏNMİ

Sentyabr 29, 2008 14:45, Bölməsiz, xefiyye, Şərhlər(1)

  ƏMİNSƏNMİ?!
   
ƏMİNSƏNMİ yağışın bir gün kəsilməyəcəyindən, küləyin bir gün sakitləşməyəcəyindən, həyat irmağının bir gün qurumayacağınadan  

ƏMİNSƏNMİ vuran ürəyinin bir gün dayanmayacağından, görən gözünün bir gün görməyəcəyindən, eşidən qulağının bir gün eşitməyəcəyindən  

ƏMİNSƏNMİ gördüyün işlərin sənsiz görülməyəcəyindən, dünya çarxının sənsiz dönməyəcəyindən 

ƏMİNSƏNMİ sənə uzanan əllərin həmişə uzanacağından, ürəyini verdiyin insanların bir gün sənə arxa çevirib getməyəcəyindən 

ƏMİNSƏNMİ bir gün əmanəti sahibinə könül rahatlığı ilə qaytara biləcəyindən, məhşər günü utanmayacağından 

ƏMİNSƏNMİ son səfərə gedəndə heç kimi arxada gözüyaşlı, qəlbisınıq qoymayacağından 

ƏMİNSƏNMİ ömrün boyu əhdinə sadiq qaldığından Allahı bütün qəlbinlə sevdiyindən 

ƏMİNSƏNMİ buynuzsuz qoçun buynuzlu qoçdan haqqını alacağı o gündə heç kmin səndən şikayətçi olmayacağından  

ƏMİNSƏNMİ böyütdüyün əməl ağacını təkəbbür təşəxxüs qeybət odu ilə yandırmadığından  

ƏMİNSƏNMİ sənə açıq olan ilahi qapıların bir gün bağlanmayacağından 

ƏMİNSƏNMİ Allah rizasının uzaqlarda yox yanındakı yetim uşağın gözlərindəki işıqda, sığal gözləyən saçlarında gizlənmədiyindən 

ƏMİNSƏNMİ qaranlıqda boğulan fəryadları eşidə bildiyindən ürəyindəki işıqdan başqalarına verə bildiyindən  

ƏMİNSƏNMİ gözəl həyat yaşadığında görəcəyin bütün işləri görə bildiyindən  

ƏMİNSƏNMİ bütün bunlar üçün bir daha fürsət olacağından  

ƏMİNSƏNMİ?!


 
Baxış sayı: 41
Açar sözlər: güvən 
Bookmark and Share


Bənzərsiz sevgi

Sentyabr 24, 2008 19:02, Bölməsiz, xefiyye, Şərhlər(0)

Bəlkə də. Yox. Yox, mütləq ki, hər kəs sevilməyi və sevməyi istər. Niyə ilk öncə sevilmək? Çünki sevildiyini, sənin də var olduğunu hiss etdirəcək duyğuları dadmaq çox başqa. 
Sevildinmi, hörmət gördünmü və ən əsası sənə yalnız sən olduğun üçün dəyər verildiyini duyanda, sevirsən. 
Bəlkə də bu hissə yəni sevməyə və sevilməyə verilən ən sadə addır. Çünki bu yüksək duyğunu dadmaq və onu yaşamaq hər kəsə nəsib olmaz. 
Sevdim. Bəlkə də gec oldu. Amma...

 Davamı...
Baxış sayı: 64
Açar sözlər: sevgi 
Bookmark and Share



  Yazılar cəmi: 6   

Blog Haqqında

Bu bloga melumatlari Jale ve Ulvi yerlesdirir. Blogu acmaqda meqsedimiz her ikimizin yazdigi meqaleleri azeriblog oxucularina birge teqdim etmek ve maraqli movzulari bolushmekdir.


Bölmələr


Arxivlər





Sorğu

Sizce regabet nece olmalidir?





Açar sözlər

xəbərsiz  sultanı  zikr  sevgi  həsrət  güvən  könüllər  dost  sevgili 


Sayqaç


Müxtəlif



AddThis Feed Button
Add to Technorati Favorites